Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 4 şagirdi ənənəvi olaraq hər il ABŞ-də keçirilən ISEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edir.
Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.
Liseyin “Sabahın alimləri” XII respublika müsabiqəsinin qalibləri olan şagirdləri - Misir Hüseynli və Ayşan Hacıyeva fizika və astronomiya, Ayaz Ömərli və Ömər İbrahimov mayın 13-dən 19-dək ABŞ-nin Texas ştatının Dallas şəhərində ISEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində öz layihələrini təqdim edəcəklər.
